Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mayın 17-si saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava
şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Cixisyolu.com-a verilən xəbərə görə, Bakıda və
Abşeron yarımadasında, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac,
Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Daşkəsən, Gədəbəy, Zərdab, İmişli,
Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada
arabir yağış, Xınalıq, Şahdağ, Qrızda arabir qar yağıb.
Daşkəsən rayonuna saat 13:55-13:59 radələrində diametri 16 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8
metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da
16-19, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 7-12 dərəcəyədək isti, yüksək
dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta qeydə alınıb.
12:40
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Cixisyolu.com Milli Hidrometeorologiya Xidmətinin mayın 17-də saat 12:00-a olan
məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz,
Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən,
Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba,
Qusar, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan,
İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik,
Lənkəran, Astarada yağış, Laza (Qusar), Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.
Mayın 16-da yağan intensiv yağışlar nəticəsində Qabırrı-Kəsəmən (Samux)
çayından qısamüddətli sel keçib.
Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 18 m/san,
Naftalanda 17 m/san-yə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 14,
Aran rayonlarında 15, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq
ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
09:10
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Mayın 17-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava
şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb,
ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Şahdağ, Qrız,
Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28 mm, Qaxda 25
mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm, Lənkəranda 16 mm,
Tərtər, Astarada 14 mm, Gədəbəy, Şahbuzda 12 mm, Göygöldə 11 mm, Ağdamda 10 mm,
Naxçıvanda 9 mm, Mingəçevir, Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur,
Ağstafa, Beyləqan, Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli,
Neftçala, Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan,
Altıağac, Quba, Qrız, Şahdağ, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7 mm-dək,
Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Mayın 16-da saat 14:00 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.
Daşkəsən, Naftalan, Şəmkir, Göygöl, Gəncə, Balakən, Şamaxı, Qusar, Şahdağ,
Qrız, Göyçay, Qax, Şəki, Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Sədərəkdə 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s,
Gəncə, Tərtərdə 16 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da
6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 1-6 dərəcə isti, yüksək dağlıq
ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.