Bəzi dərmanlar icbari tibbi sığorta ilə qarşılana bilər – Agentlik sədri
AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz çox istərdik ki, vətəndaşlarımızın sağlamlığının qorunması üçün vacib
hesab edilən bütün tibbi xidmətlər, o cümlədən ambulator şəraitdə dərman
təminatı Xidmətlər Zərfinə daxil olsun. Bunun üzərində də çalışırıq və hazırda
yeni layihə üzərində iş gedir”.
Cixisyolu.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji
hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan
bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq:
“Birinci il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti
ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil
etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə
apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub.
Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı
ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur.
Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və
təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək”.
Könül Cəfərli