efa92dc6-36c0-4047-987a-4b8a98e75e67.jpg

Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçməkdən imtina edirlər – SƏBƏB

Baxış sayı: 154 dəfə baxılıb.

Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi bilik və
bacarıqların öyrədilməsi məqsədilə ana dili, riyaziyyat, ədəbiyyat, tarix və
digər vacib fənlər tədris olunur. Bunlardan biri də biologiyadır. Təəssüflər
olsun ki, bir sıra müəllimlər biologiya fənninə aid olan bəzi dərsləri
şagirdlərə keçmirlər. Bunlar daha çox insan anatomiyası və cinsiyyət sistemi
ilə bağlı olan dərslərdir. Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai
Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin orta məktəblərdə
cinsiyyətlə bağlı dərsləri keçməməsinin bir neçə səbəbi ola bilər:

“İlk növbədə mədəni və ictimai təzyiq faktoru var. Cəmiyyətin konservativ
dəyərləri və cinsiyyət mövzularına dair tabular, müəllimlərin bu dərsləri
keçməsini çətinləşdirən səbəblərdir. Xüsusilə də bu, bölgələrdə özünü daha çox
büruzə verir”.

G.Əkbərovanın sözlərinə görə, məktəblərdə tədris olunan fənlərdə cinsiyyət
bərabərliyi və cinsiyyət mövzuları tədris proqramında öz əksini yetəri qədər
tapa bilmir:

“Müəllimlərin cinsiyyət bərabərliyi və cinsiyyət mövzularında kifayət qədər
biliklərin olmaması, mövzuya daha düzgün yanaşmanı bilməməsi də bu dərslərin
keçirilməməsinə səbəb olur. Bəzən də valideynlər cinsiyyətlə bağlı dərsləri
mənfi qarşılayırlar, bu da müəllimlərin həmin mövzuda danışmağını
çətinləşdirir. Bu amillər cinsiyyət bərabərliyinin və anlayışının düzgün
aydınlaşdırılmasını əngəlləyə bilər”.

Source link