Bəzi rayonlarda sürüşmə təhlükəsi aşkarlanıb

Bəzi rayonlarda sürüşmə təhlükəsi aşkarlanıb

Baxış sayı: 2. 589 dəfə baxılıb.

Bəzi rayonlarda sürüşmə təhlükəsi aşkarlanıb

Azərbaycan ərazisində yeni sürüşmə sahələri yaranıb.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bəzi rayonlarda sürüşmə aktivliyi qeydə alınıb:

“İyunda atmosfer yağıntılarının təsirindən Şabranda Qazbabalı kəndində və Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib. Həmin sahəyə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb. Aktivlik hazırda da davam edir. Eyni zamanda, Xızı-Altıağac avtomobil yolunda da sürüşmə sahəsi aktivləşib. Yolun sol və sağ çiynində çökmə-oturma prosesləri aşkarlanıb”.

Əziz Qaralov qeyd edib ki, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib.

Lokal sahələrdə uçqun qeydə alınıb.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com