bcefc2e2-9b4b-4513-be1f-f12aeb88640e..jpg

Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziyanın verilməsi təkmilləşdirilib – FƏRMAN

Baxış sayı: 695 dəfə baxılıb.

Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziyanın verilməsi təkmilləşdirilib
– FƏRMAN
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi
təkmilləşdirilib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan
Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin
təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Fərman imzalayıb.

Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin
təkmilləşdirilməsi məqsədi ilə müəyyən edilmişdi ki, Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop
maddələrin idxalı, ixracı və hazırlanması, qiymətli daşların hasilatı, qızılın,
neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft
məhsullarının tullantılarının emalı, radioaktiv maddələrin istehsalı və satışı,
qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi,
kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və
şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət
zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin
və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması
müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.

Ancaq dəyişikliklə sənədin 3-cü hissəsinin birinci abzasından “kosmik-peyk
rabitə vasitələrinin,” sözləri çıxarılıb.

Source link