3f750a8c-0ef3-4473-b211-c71c6d18afbf..jpg

Bəzi süd məhsullarının qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? – AÇIQLAMA

Baxış sayı: 984 dəfə baxılıb.

Bəzi süd məhsullarının qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? –
AÇIQLAMA

Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində kəskin şəkildə bahalaşma
baş verib.

Belə ki, qatılaşdırılmış südün qiyməti bir müddət bundan öncə 3-4 manat arası
təşkil edirdisə, hazırda onun qiyməti 9 manata qədər qalxıb.

Maraqlıdır, görəsən, süni bahalaşmanın səbəbi nədir?

Lent.az məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarəti Dövlət
Xidmətinə müraciət edib.

Qurumdan bildirilib ki, xidmət tərəfindən hazırda qatılaşdırılmış süd
məhsullarının, o cümlədən digər süd məhsullarının satışı bazarında hər hansı
bir bazara giriş maneəsi və ya rəqabəti məhdudlaşdıran digər hallar müşahidə
edilmir.

Qeyd edilib ki, həmin məhsulun qiymətindəki artım məhsulun maya dəyərinin
elementlərindəki artımdan, həmçinin tələb-təklif əsaslı qiymət
dəyişikliklərindən qaynaqlana bilər. Məlumat üçün bildirək ki, rəqabət
məhdudiyyətləri olmayan bazarlarda qiymətlər tələb və təklifin dinamikası və
ona təsir göstərən digər iqtisadi səbəblərə görə formalaşır.

Hazırda istehlak bazarında qatılaşdırılmış süd məhsulları da daxil olmaqla,
ümumilikdə süd məhsulları bazarında rəqabəti məhdudlaşdıran razılaşmalar,
sahəvi inhisarçılıq və ya inhisarçılığın digər formaları kimi rəqabəti
məhdudlaşdıran hallar mövcud deyil.

Qeyd edirib ki, son dövrlər sosial şəbəkələrdə müzakirə olunan idxal olunan
qatılaşdırılmış süd məhsulunun qiymətindəki sürətli artım həmin bazarın
rəqabətlilik vəziyyətindən qaynaqlanmır. Məhsulun qiymətinin artmasına səbəb
kimi idxal olunduğu ölkədəki qiymətindəki artım (alış qiyməti), məhsula olan
tələbdəki artım və ya satıcının kommersiya qərarı ola bilər. Qeyd edilən
məhsulların qiymətləri qanunvericiliyin tələblərinə əməl edilməklə təsərrüfat
subyektləri tərəfindən sərbəst müəyyən edilə bilər.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və
şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən,
istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı
və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst şəkildə seçərək ala bilər.

Source link