Oktyabrın 12-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb,
arabir leysan xarakterli yağış yağıb.
Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, Şabran, Balakəndə 2 mm, Daşkəsən,
Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə,
Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada
17 m/s-dək güclənib.
Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki,
Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan
MR-da 31, Aran rayonlarında 26, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə
alınıb.