Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən 23-də günün ikinci yarısından
ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda
qar yağıb.
Xidmətdən verilən xəbərə görə, qərb küləyi bəzi yerlərdə arabir güclü olub.
Qar örtüyünün hündürlüyü Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3, Kişçayda
(Şəki) 1 santimetr olub.
Düşən yağıntının miqdarı Ordubadda 12 millimetr, Daşkəsən, Şəkidə 7, Gədəbəydə
6, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir,
Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan,
Şərurda 5 millimetrədək olub.
Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə
30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə
25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan,
Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan,
Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s,
Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron
yarımadasında isə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə
çatıb.
Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə
şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək
şaxta olub.