0964b7d7-9f1f-4d19-bd26-ed8e25fd7525..jpg

Bəzi yerlərdə yağış yağıb, külək güclənib – FAKTİKİ HAVA

Baxış sayı: 488 dəfə baxılıb.

Bəzi yerlərdə yağış yağıb, külək güclənib – FAKTİKİ HAVA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 15-nə olan məlumata əsasən, gecə və səhər bəzi
yerlərdə arabir yağış yağıb. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Şəkidə 6 mm, Qax, Ordubad, Sədərək, Mingəçevir,
Goranboy, Gədəbəy, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Ağdam, Balakən, Zaqatala,
Oğuz, Ağsu, Xınalıq, Qrız, Şahdağ, Tərtər, Naftalan, Yevlax, Kürdəmirdə 4
mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Qobustanda 22 m/s, Şahdağda 20
m/s, Mingəçevirdə 19 m/s, Tərtər, Bərdədə 18 m/s, Gəncədə 16 m/s, Bakıda və
Abşeron yarımadasında isə 28 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü
3,6 metrə çatıb.

Source link