e320cbb2-169b-4aac-98a8-a2ddfa4bf78b..jpg

Babək Ağayev: “İlk kiberşirkət olaraq dövlət qurumları ilə sıx əməkdaşlıq etmək əzmindəyik”

Baxış sayı: 796 dəfə baxılıb.

Babək Ağayev: “İlk kiberşirkət olaraq dövlət qurumları ilə sıx əməkdaşlıq
etmək əzmindəyik”

“Son iki gündə Beynəlxalq Kibertəhlükəsizlik Günləri başlıqlı növbəti – 3-cü
kiberkonfransımız baş tutub. “Rəqəmsal İqtisadiyyatlar və Kibertəhlükəsizlik”
ana mövzusu ətrafında təşkil olunmuş bu konfrans çərçivəsində dövlət və özəl
sektoru təmsil edən nümayəndələrin iştirakı ilə 8 panel müzakirə, o cümlədən
kibermüharibə ssenarisi əsasında simulyativ təqdimat təşkil edilib”.

Cixisyolu.com-ın məlumatına görə, bunu “Prosol” şirkətinin İdarə Heyətinin sədri
Babək Ağayev Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə
Toplantısında deyib.

Onun sözlərinə görə, bu panellərdə səkkiz panel müzakirəsində Azərbaycanda
dövlət və özəl sektorun nümayəndələri, 60-dan çox spiker çıxış edərək
kibertəhlükəsizlik məsələlərini müzakirə ediblər, yenilikləri bölüşüblər:

“Sözügedən konfransın davamı olaraq bu gün bu tədbirin – Dövlət Qurumlarının
İT rəhbərlərinin II Zirvə Toplantısının baş tutması olduqca sevindirici haldır.

Digər bir sevindirici hal isə, məndən əvvəl çıxış edən dəyərli natiqlərin –
Azər müəllim və Elmir müəllimin də dediyi kimi, bizim Beynəlxalq
Kibertəhlükəsizlik Günləri konfransına və Dövlət Qurumlarının İT rəhbərlərinin
II Zirvə Toplantısına hazırlıq prosesi davam edərkən Azərbaycan Respublikası
Prezidenti cənabİlham Əliyevin 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair
2023-2027-ci illər üçün Strategiyasının təsdiqlənməsi olub. Strategiyada öz
əksini tapmış müddəalar və nüanslar istər dövlət qurumlarının, istərsə də
kritik informasiya infrastrukturlarına xidmət göstərən özəl qurumların üzərinə
ciddi məsuliyyətlər qoymaqdadır ki, burada da ən əsas məqamlardan biri milli və
dövlət maraqlarımızı təməl alan birgə fəaliyyəti ehtiva edir. Başqa bir ifadə
ilə, milli təhlükəsizliyimizin ayrılmaz bir parçası olan informasiya
təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində dövlət
qurumları ilə milli kiberşirkətlər arasında sıx əməkdaşlığın əhəmiyyəti daha
çox ön plana çıxır”.

“Biz də özəl sektor təmsilçisi kimi və ancaq informasiya təhlükəsizliyi və
kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərmək məqsədilə yaradılmışıq”, –
deyə Babək Ağayev əlavə edib.

İlhamə Əbülfət

Source link