Baba Rzayev: “Azərenerji” Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya
istismara verib” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu günə kimi “Azərenerji” ASC Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə
yarımstansiya tikərək istismara verib”.
Bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində
dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli
ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100% enerji
çatdırılıb:
“Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”.
B.Rzayev qeyd edib ki, bu il sentyabrın 20-də həyata keçirilən antiterror
tədbirlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji
sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib:
“Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda
“Azərenerji” tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və
yarımstansiyalarda təmir-bərpa işləri həyata keçirilir”.