3528eaa3-0827-4cda-af2c-386ddb9ac00a..jpg

Baba Rzayev: “İstilik elektrik stansiyasına investisiyalar ən uzağı 6 ilə qaytarılacaq”

Baxış sayı: 761 dəfə baxılıb.

Baba Rzayev: “İstilik elektrik stansiyasına investisiyalar ən uzağı 6 ilə
qaytarılacaq”

Bu gün təməli qoyulan müstəqillik dövrünün 1 280 MVt gücündə olan ən böyük
İstilik Elektrik Stansiyasına (İES) yatırılan investisiyalar maksimum 6 ilə
qaytarılacaq.

“Report” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev
AzTV-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövcud şərtlər qoyulan investisiyaların daha tez
qaytarılmasına imkan verir:

“Əgər indiki bazar qiymətləri ilə baxsaq faktiki olaraq daha tez gözləyirik
ki, həmin investisiya qayıtsın. Amma maksimum 6 ilə qoyulan investisiya
qaytarılacaq”.

Xatırladaq ki, bu gün Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1 280
MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi
keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Ümumi dəyəri 400 milyon ABŞ dolları olan layihənin investisiyasının 60 %-ni
“Azərenerji” ASC daxili imkanlar hesabına, 40 %-ni isə kreditlər hesabına
qarşılanacaq.

Source link