1896dbd0-a9cf-40a1-9426-d0f978ebedf6..jpg

Baba Vəziroğlu: “Düşünürəm ki, gözlənilməz olması daha yaxşıdır” – AÇIQLAMA

Baxış sayı: 848 dəfə baxılıb.

Baba Vəziroğlu: “Düşünürəm ki, gözlənilməz olması daha yaxşıdır” – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şərəf” ordeni ilə təltif olunmağımdan yeni xəbər tutdum”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə
görə “Şərəf” ordeni ilətəltif olunan yazıçı
Baba Vəziroğlu deyib.

Yazıçı mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib:

“Yeni xəbər tutdum. Bir neçə dəqiqə ərzində saysız-hesabsız təbriklər gəlir.
Gözlənilməz oldu. Düşünürəm ki, gözlənilməz olmağı yaxşıdır. Amma mən onu
bilirəm ki, Prezidentin nəzərindən heç nə qaçmır. Bir söz demişdi. O sözü hər
zaman xatırlayıram. Demişdi ki, “nəyi nə vaxt və necə edəcəyimi yaxşı bilirəm”.
Zaman sübut etdi ki, doğrudan da, bu belədir. Diqqətiniz üçün minnətdaram.
Dəyər verdiyiniz üçün təşəkkür edirəm”.

Qeyd edək ki, yazıçı Baba Vəziroğlu 2000-ci ildə “Humay” mükafatı alıb,
2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” adına layiq
görülüb. 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə
“Şöhrət” ordeni ilə təltif edilib.

Nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu
yanvarın 10-da 70 yaşını tamam edib.

Nəzrin Vahid

Source link