Babayev, Kopelyo və Skidan Azərbaycanın şərəfini qoruyacaqlar

Baxış sayı: 2. 216 dəfə baxılıb.

Babayev, Kopelyo və Skidan Azərbaycanın şərəfini qoruyacaqlar

6-12 avqust tarixlərində Almaniyanın paytaxtı Berlində atletika üzrə Avropa çempionatı keçiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, atletika üzrə Azərbaycan yığma komandası bu yarışlarda üç idmançı ilə təmsil olunacaq.

İdmançılardan Nazim BabayevAleksis Kopelyo üç təkanla tullanma növündə, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edəcəklər. 

İdmançılarla yanaşı, onların məşqçiləri – Ziyad XəlfəyevArtyom Rubanko da Berlinə yollanacaqlar. Azərbaycan Atletika Federasiyasının rəhbərliyindən qurumun prezidenti Çingiz Hüseynzadə və baş katib Məhərrəm Sultanzadə adıçəkilən ölkəyə səfər edəcək.

Onlar qitə çempionatı zamanı Avropa Atletika Assosiasiyasının və Beynəlxalq Atletika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirəcəklər.

Qeyd edək ki, üç təkanla tullanma və çəkicatma növlərində təsnifat mərhələləri 10 avqust, final mərhələsi isə 12 avqust tarixində keçiriləcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com