Bakının Xəzər rayonunda dənizdə iki nəfər batıb.
FHN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.
Xilasetmə qüvvələri 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun cəsədlərini taparaq sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Batan şəxslərin bacı-qardaş olduğu bildirilir.