e148ab14-3e98-45fc-8b75-d9560f33bef8..jpg

Bacılarının tələsi keçmiş məhkumu ömürlük məhkuma çevirdi – CİNAYƏT İŞİ + VİDEO

Baxış sayı: 570 dəfə baxılıb.

Bacılarının tələsi keçmiş məhkumu ömürlük məhkuma çevirdi – CİNAYƏT İŞİ + VİDEO

Evə və torpaq sahəsinə görə bacılarını öldürən qardaş ömürlük həbsə məhkum
olunub.

Belə ki, Mahmud (Adlar şərtidir) həbsdən çıxdıqdan sonra əvvəllər yaşadığı evə
gəlir. Burada onu bacıları Natəvan və Zibeydə qarşılayır. Mahmud ab-havadan
anlayır ki, bacıları artıq onun yaşadığı evə sahibləniblər.

Ertəsi gün Mahmud bu evdə və torpaqda nəyə sahib olacağını müəyyən etməyə
çalışır. O, bu barədə düşünərkən Natəvan açıq şəkildə deyir ki, evin yanındakı
artırma tikili Zibeydənin olacaq, evi böyüdüb birlikdə yaşayacaqlar. Mahmud isə
bunun qarşılığında heç nə demir.

Sənədləri daha dəqiq oxuyandan sonra Mahmuda aydın olur ki, artıq bacıları ona
aid ev və torpaq sahəsinə tam sahibləniblər. Buna etiraz edəndə Natəvan deyir
ki, ev ona, torpaq isə Zibeydəyə aiddir. Bu vaxt Mahmud başa düşür ki, artıq
hətta gecələməyə belə yeri qalmayıb.

Mahmud evi tərk etdikdən sonra özünə gecələməyə yer axtarır. Küçədə qalmağın
mümkün olmayacağını anlayıb köhnə tanışı olan Sərdarın yanına yollanır,
müvəqqəti olaraq onun gözətçi kimi qaldığı yerə sığınır.

Daha sonra Mahmud özünə məxsus evi və torpaq sahəsini geri qaytarmaq qərarına
gəlir. O, növbəti gün dostu Davudla kafelərin birində görüşür, yeyib-içir.
Davud Mahmuda deyir ki, həbsdə olarkən Natəvan və Zibeydə sənin torpağının bir
hissəsini dedikləri kimi yox, baha qiymətə satıblar. Mahmud sərxoş olduqca baş
verənləri düşünüb əsəbiləşir. Onlar içkili halda kafedən çıxırlar.

Mahmud Davudla sağollaşdıqdan sonra evə gələrək bacılarına hücum edir,
belindən çıxardığı bıçaqla onlara çoxsaylı zərbələr endirir. Bacıları aldıqları
zərbələrdən hadisə yerində ölürlər. Gecəni orada qalan Mahmud səhər
hüquq-mühafizə orqanlarına könüllü şəkildə təslim olur.

Ətraflı Baku TV-nin süjetində:


Source link