Şəmkirdə mal-qara oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Maraqlıdır ki, oğurluq edən Dəyanət Qurbanov doğma bacısının həyətindəki 2 baş iribuynuzlu heyvana göz dikib.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə aprelin 18-i səhər saatlarında Şəmkirin Könüllü kəndində baş verib. 2 baş heyvanının naməlum şəraitdə oğurlandığını görən kənd sakini polisə şikayət edib.
Görülən tədbirlər ilk cəhddə cinayətin üstünü açmağa yardım edib. Şübhəli şəxs kimi zərərçəkənin qardaşı Dəyanət Qurbanov saxlanılıb.
Quldurluq cinayəti törətdiyi üçün əvvəllər məhkumluq həyatı yaşayan DəyanəT Qurbanovun barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb.
İstintaq aparılır.
Nazir Quliyev