a97ce24e-16d5-43a0-af28-e890d4a825e5..jpg

Bacısının tiktoker qızını öldürən şəxs cəzasının azaldılmasını istəyir

Baxış sayı: 921 dəfə baxılıb.

Bacısının tiktoker qızını öldürən şəxs cəzasının azaldılmasını istəyir

Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun
barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum
cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Birinci
instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə
də kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 9-da saat 6 radələrində Göyçay rayonu,
Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov
tərəfindən yastıqla boğularaq qətlə yetirilib.

İttihama görə, dayı bacısı qızını namus söhbətinə görə öldürüb. Belə ki,
F.Məmmədova nişanlı olub. Lakin o, nişanlı ola-ola evdən qaçıb və yenidən evə
qayıdıb.

Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb.
V.Bədəlov da qızın bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq
ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla
danışmağa başlayıb.

Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin
120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli
üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və
ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, V.Bədəlov ifadəsində F.Məmmədovanın “TikTok” sosial
şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.

Source link