“Backstreet Boys” qrupunun üzvü Nik Karter zorlanmada ittiham olunmayacaq.
ÇıxışYolu.Com ABC7-yə istinadən xəbər verir ki, müvafiq qərar Los-Anceles prokurorluğunda qəbul olunub.
Bildirilir ki, Karterə qarşı cinayət işi üzrə iddianın qaldırılmasından beş il ötüb. Sübutların güclü və zəif tərəflərinin analizinin nəticələrinə əsasən məhkəmə iddiası rədd edilib.
Qeyd edək ki, “Dream” qrupunun keşmiş üzvü Melissa Şuman N. Karter tərəfədindən zorlandığını iddia etmişdi.