9071f5fd-f5c6-4dba-b01e-a74e09c396df..jpg

Bağanis-Ayrım soyqırımından 34 il ötür

Baxış sayı: 653 dəfə baxılıb.

Bağanis-Ayrım soyqırımından 34 il ötür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi
Bağanis-Ayrım soyqırımından 34 il ötür.

Cixisyolu.com xatırladır ki, 1990-cı il martın 24-də saat 8 radələrində
azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək
məqsədilə onları öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan
qanunları ilə müəyyənləşdirilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış
yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların
evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara
qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri
Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum ediblər.

Erməni silahlıları müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və
xüsusi təyinatlı nəqliyyat vasitələri ilə kəndə daxil olaraq iriçaplı odlu
silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər
açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə
tutub.

Nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə
olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla
öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni
zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd
sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən
didərgin salınıblar.

5 may 2005-ci il tarixdən etibarən Baş prokurorun müavini – Hərbi prokuror,
ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual
rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq həyata
keçirilib. Cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım
soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta
yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə)
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar
qəbul olunub. Həmin şəxslər barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan
tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər
İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda Azərbaycan
Respublikasının Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran
Əliyevin nəzarəti ilə bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri
davam etdirilir.

Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və
yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra
Qazaxın daha altı kəndini – Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl
Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi
terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır.

Source link