19-20 oktyabr tarixlərini əhatə edən məktəbəqədər təhsil müəssisələrində
pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi
yekunlaşıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər
və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə diaqnostik
qiymətləndirilmədə 90% davamiyyət qeydə alınıb.
20 oktyabr tarixində təşkil olunun diaqnostik qiymətləndirilmənin I seansında
imtahan sistemində yaranan texniki nasazlıqla bağlı imtahan prosesində ləngimə
baş verib. Nasazlıq aradan qaldırıldıqdan sonra imtahan prosesi qaydalara uyğun
olaraq yekunlaşıb.
Qeyd edilib ki, cari ildə ilk dəfə təşkil olunan məktəbəqədər təhsil
müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin diaqnostik
qiymətləndirilməsinin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən
edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir.