Bağçanın ərazisini satıb bina ucaldacaqlar? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mingəçevirdə yerləşən səkkiz saylı körpələr evi-uşaq bağçası qəzalı duruma
düşdüyündən hələ iki il əvvəl uşaqlar və kollektiv şəhərdə yerləşən yeddi
nömrəli bağçaya köçürülüb.
Sakinləri isə narahat edən tərbiyə müəssisəsinin yararsız vəziyyətdə olması
ilə yanaşı, burada bina tikiləcəyi ilə bağlı yayılan xəbərdir.
Şikayətçilər bildiriblər ki, burada uşaqların oynaması üçün yer yoxdur, hər
tərəfdən maşınlar gedib-gəlir. Bağça olsaydı, həm uşağa, həm də bizə rahat
olardı.
Həmçinin tərbiyə müəssisəsinin bir müddətdir bağlı qalması valideynləri çətin
vəziyyətə salıb.
Onlar bu səbəbdən uşaqlarını uzaq məsafədə yerləşən bağçaya aparmaq
məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki,
sözügedən məktəbəqədər təhsil müəssisəsinin binası heç bir quruma satılmayıb.
Bununla bağlı yayılan fikirlər həqiqəti əks etdirmir.
Qurumdan o da bildirilib ki, Mingəçevir şəhər səkkiz nömrəli körpələr evi-uşaq
bağçasının növbəti illərdə dövlət investisiya proqramına daxil edilməsi və
təmir-tikintisi planlaşdırılır.
Ətraflı Baku TV-nin süjetində: