Bağdadda azərbaycanlı ana və qızının taleyi həll olunur

Bağdadda azərbaycanlı ana və qızının taleyi həll olunur

Baxış sayı: 2. 607 dəfə baxılıb.

Bağdadda azərbaycanlı ana və qızının taleyi həll olunur

İŞİD terror təşkilatının döyüşüçlərinin bir neçəsinin həyat yoldaşı Bağdadda məhkəmə qarşısına çıxarılıb. 

ÇıxışYolu.Com bununla bağlı “Al-Monitor”a istinadla məlumat yayıb. 

Məlumatlara görə, müttəhimlər arasında Samirə adlı Azərbaycan vətəndaşı da var. 

İŞİD terrorçusundan iki yaşlı qızı olan gənc azərbaycanlı qadın məhkəmədə ifadə verib. 

Onun sözlərinə görə, əri ilə sosial şəbəkələr vasitəsilə tanış olub. Onun əri Türkiyə vətəndaşıdır. 

“Biz evləndik və yaşamaq üçün Suriyaya getdik. Bu, 2015-ci ildə oldu. Biz bir il Suriyada, bir il isə İraqda yaşadıq. Orada da ayrıldıq”, – azərbaycanlı deyib. 

Samirə bildirib ki, əri tərəfindən törədilən cinayətlərdən xəbəri olmayıb. 

“Sənin ərin indi haradadır?”, – hakim soruşub. “Bilmirəm. Mən 2017-ci ildə Mosul döyüşlərindən sonra onunla əlaqəni itirdim”, – o cavab verib. 

İraq qanunlarına əsasən, terrorçuluqda əlaqəli olan şəxsə 15 il və ya ömürlük həbs, eləcə də, edam cəzası verilə bilər.

Ə.Ş.
www.ÇıxışYolu.Com