İŞİD-in xəlifəsi Əbu Bəkr əl-Bağdadinin oğlu Hüzeyfə əl-Bədri Suriyada öldürülüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən “Directorate 4” Telegram kanalı məlumat yayıb.
Terrorçu Homs əyalətində dislokasiya olan Suriya və Rusiya qoşunlarının mövqelərinə həmlə zamanı öldürülüb.