Bağırsağında narkotik keçirmək istəyən iranlı saxlanıldı

Bağırsağında narkotik keçirmək istəyən iranlı saxlanıldı

Baxış sayı: 2. 670 dəfə baxılıb.

Bağırsağında narkotik keçirmək istəyən iranlı saxlanıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından beş ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və beş ədəd “metadon” həbləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com