Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC-nin, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlakları 60 lot üzrə satışa çıxarır.
ÇıxışYolu.Com Fonda istinadən xəbər verir ki, 27 lot üzrə əmlak ilk dəfə, 20 lot üzrə əmlak ikinci dəfə, 13 lot üzrə əmlak isə üçüncü dəfə hərraca çıxarılır.
Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya “Bank Standard”ın balansındakı bir ədəd “Daewoo Nexia”, iki ədəd “Mitsubishi Lancer”, beş ədəd “Toyota Corolla”, bir ədəd “Toyota Avalon” markalı avtomobillər, iki ədəd bankomat, “Texnikabank”ın balansındakı bağ evi və “Kredobank”ın balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac martın 27-də keçiriləcək.
“Bank Standard”ın balansındakı iki ədəd VAZ-213100, bir ədəd “Lexus LX-570”, bir ədəd “Mercedes Benz CLS 63 AMG”, bir ədəd “Mercedes Benz GL500”, bir ədəd “Mercedes Benz S500i”, bir ədəd “Jeep Grand Cherokee”, iki ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, “Royalbank”ın balansındakı bir mənzil və iki ev, “Kredobank”ın balansındakı bir mənzil və “Texnikabank”ın balansındakı yeddi ədəd qeyri-yaşayış sahəsi isə ikinci dəfə hərraca çıxarılacaq.
“Bank Standard”ın balansındakı dörd ədəd “Hyundai Accent”, bir ədəd “Daewoo Nexia” avtomobilləri, 10 ədəd bankomat, bir ədəd pulsayan və bir ədəd pulpresləyən aparatları, “Zaminbank”ın balansındakı bir qeyri-yaşayış sahəsi və üç mənzil, “Royalbank”ın balansındakı bir fərdi ev, “Texnikabankın balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), bir ədəd bankomat və 1 ədəd “QAZ-3302-18” yük avtomobili, “Kredobank”ın balansındakı bir ədəd “Lexus LS460” avtomobili və “Bank of Azerbaijan”ın balansındakı “Ford Transit” avtomobili isə ilk dəfə hərraca çıxarılıb.
Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac aprelin 3-də keçiriləcək.