51abf590-fe73-499e-8813-6321804ec61c..jpg

Bahar Əliyeva: “Füzulidən çıxdığımız günü xatırladıqca bütün bədənim əsir”

Baxış sayı: 518 dəfə baxılıb.

Bahar Əliyeva: “Füzulidən çıxdığımız günü xatırladıqca bütün bədənim əsir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Füzulidən çıxdığımız ağrılı-acılı günləri xatırlamaq belə istəmirəm”.

Bunu Cixisyolu.com-a açıqlamasında Füzuli sakini, keçmiş məcbur köçkün Bahar Əliyeva
deyib.

O qeyd edib ki, iki körpə övladı ilə çıxdığı Füzuli şəhərinə iki nəvəsi və
digər ailə üzvləri ilə qayıdır:

“Füzulidən çıxdığımız günü xatırlamaq istəmirəm. O günləri xatırladıqca bütün
bədənim əsir, o günün ağrısını, acısını, stresini yenidən yaşayıram. Çox şükür
ki, kabusa dönən, bizi kölgə kimi izləyən o günlər artıq sona çatdı. Artıq biz
qalib xalq kimi öz yurdumuza qayıdırıq.

Bizə belə gözəl hissləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza
təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
cansağlığı versin!”

Xatırladaq ki, bu gün daha 25 ailə (72 nəfər) Füzuli şəhərinə köçürülür.
Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması
təmin edilib.

Aytac Qasımova

Source link