Mətbuatda Milli Məclisin sədr müavini Bahar Muradovanın əməliyyat olunması ilə bağlı məlumatlar yayılıb.
Məlumatda qeyd olunub ki, xanım deputatın səhhəti qəfildən pisləşib və dərhal paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilərək, belindən əməliyyat olunub.
Yayılan xəbərlərlə bağlı ÇıxışYolu.Com-a açıqlama verən sədr müavini haqqındakı məlumatların doğru olmadığını bildirib:
“Yayılan məlumatlar doğru deyil. Yəqin onu yazanlar haqqımda 1 aprel zarafatı etmək istəyiblər. Amma nəyə görəsə çaşıb aprelin 3-də yayıblar. Bax buna zarafat yox, “dodaqqaçdı”deyərlər. Şükür Allaha, səhhətim yaxşıdır və özümü yaxşı hiss edirəm. Bir azdan Milli Məclisin iclasına qatılacağam. Narahat olunacaq heç bir durum yoxdur. Təşəkkür edirəm”.