Bahar və Nihal Candan bacılarının qaldığı həbsxana otağına məşhurları aldadan
şəxs gətirildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyədə “Cinayət təşkilatına üzv olmaq” və “Cinayətdən qaynaqlanan mal
varlığının yuyulması” ittihamları üzrə həbs edilən sosial media fenomenləri
Bahar Candan və Nihal Candan bacılarının qaldığı həbsxana kamerasına gündəmdə
olan digər şəxs gətirilib.
Ötən həftə Silivri həbsxanasında yerləşdirilən Bahar Candan və Nihal Candan
bacılarının kamerasına son günlər fırıldaqçılıq cinayəti ilə tanınan bank
işçisi Seçil Erzan da yerləşdirilib.
Seçil Erzanın aralarında Fatih Terim, Buse Terim, Fatih Terimin kürəkəni
Volkan Bahçekapılı, futbolçular Arda Turan, Ayhan Akman, Emre Belözoğlu, Semih
Kaya, Hakan Ateş, Muslera, Selçuk İnan kimi adların olduğu 18 nəfəri yüksək
gəlir vədi ilə aldatdığı iddia edilir.
“Fatih Terim Fondu” adı altında futbol dünyasından bəzi adlara və iş
adamlarına qarşı yüksək qazanc vədi ilə fırıldaqçılıq etdiyi iddiası ilə onun
226 ilə qədər həbsi tələb edilir. Hazırda həbs edilən bank işçisi Mərmərənin
Silivri həbsxanasına transfer edilib və Bahar-Nihal bacılarının kamerasına
aparılıb.
Mənbə: Haber Global