Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq, adi rejimdə işini davam etdirir.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu AZAL QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
O bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:
“Vəziyyəti izləyirik, dəyişiklik olarsa, ətraflı məlumat verəcəyik. Hələlik iş adi rejimdə davam edir”.
Qeyd edək ki, meteoroloqların verdiyi hava proqnozuna əsasən, bu gün və sabah gündüzə kimi Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, küləyin sürəti 18-23, arabir 25-30 m/s olacaq, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcək.