Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında
təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Cixisyolu.com-a məlumat verilib.
Məlumata görə, hazırda qatarlara Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər,
Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir. Təmir işləri bitdikdən
sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və Tovuz stansiyası yenidən
sərnişinləri qəbul edəcək.