97cd262c-10cd-4ebb-820f-227243287d10..jpg

Bakı-Ağstafa sürətli qatar marşrutu üzrə əlavə reys təyin edilib

Baxış sayı: 800 dəfə baxılıb.

Bakı-Ağstafa sürətli qatar marşrutu üzrə əlavə reys təyin edilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə
əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq
məqsədilə 18 və 19 mart tarixlərində əlavə reys təyin edir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Belə ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də
Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən
ikinci qatar isə saat 13:40-da mənzilbaşına çatacaq.

Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda
paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa,
müvafiq qaydada təmin ediləcək.

Xatırladaq ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda
olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100km/saat
təşkil edir.

Source link