a95b7fe0-5311-4aec-a631-350903b56fea..jpg

Bakı Avtovağzalında sıxlıq yaşanır – VİDEO

Baxış sayı: 980 dəfə baxılıb.

Bakı Avtovağzalında sıxlıq yaşanır – VİDEO

Bayramı bölgələrdə keçirmək istəyənlər avtovağzala üz tutublar. Ona görə də
Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaşanıb.

“Xezerxeber.az”ın məlumatına görə, bölgələrə sərnişin axınının artacağını
proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də,
istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur.
Əsas səbəb əksər insanların məhz bölgələrə gedəcəkləri gün bilet almaq
istəmələridir.

Əvvəlcədən həm kassadan, həm də onlayn bilet alan sərnişinlər heç bir
problemlə üzləşməyiblər. Bütün avtobuslar biletdə qeyd edilən vaxtda bölgələrə
yola düşüblər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar martın 15-dən 27-dək
gücləndirilmiş iş rejiminə keçib. Qurumun rəsmisi Samir Səfərov deyir ki,
sıxlıq nəzərə alınaraq xətlərə əlavə avtobuslar buraxılıb. Onun sözlərinə görə,
təkcə ötən gün 369 reyslə 11 min 858 sərnişin daşınıb ki, bu da adi günlərdən
iki dəfə çoxdur.

Daha ətraflı videomaterialda:


Source link