Bakı-Berlin münasibətlərinin arasında maneə tikmək cəhdi: Sorosun fondları
hərəkətə keçiblər – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milyarder Corc Sorosun liderliyi altında fəaliyyət göstərən Açıq Cəmiyyət
fondları Azərbaycana qarşı hərəkət proqramını indi də “mədəni irs”
trayektoriyasına salırlar.
Azərbaycanla Almaniya arasında intensiv müzakirələr getdiyi, Berlinlə Bakının
qarşılıqlı ehtiyaclardan doğan gündəliyi masaya qoyduqları bir zamanda Soros
Fondu prosesi zədələməyə cəhd edir.
Berlində martın 6-sı üçün “Artsaxın mədəni irsi” adlı ermənipərəst tədbir
planlaşdırılır ki, onun da maliyyə yükü Soros Fondunun üzərinə düşür.
Tədbirin narrativi Sorosa məxsus fondların mədəniyyət diplomatiyasındakı
ermənipərəst rolunu bir daha qabardır.
Lakin Almaniya Azərbaycanlıları Alyansı və bir sıra QHT Almaniyanın Xarici
Əlaqələr Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub
ünvanlayaraq etirazlarını çatdırıblar.
Çünki nəzərdə tutulan tədbirin mahiyyəti nə beynəlxalq orijinallıq, nə də
obyektivlik normalarına riayət edir.
Bu addımın məramı mədəni təmsilçilik pərdəsi altında Azərbaycanın Qarabağ və
Şərqi Zəngəzur İqtisadi rayonlarına “erməni irsli” proqram yükləməkdir.
Üstəgəl, başa düşmək çətin deyil ki, həmin məzmunlu tədbir Azərbaycanın tarixi
və mədəni povestini potensial olaraq erməni ideologiyasının xeyrinə təhrif
etməyi hədəfləyir.
Deməli, tədbirin mahiyyəti regionun mədəni mənzərəsi ilə bağlı mübahisələr
yaratmaqla, onu dərinləşdirməklə geosiyasi məqsədlər güdür.
Düzdür, tədbir baş tutsa belə, o, Cənubi Qafqazdakı reallıqlara təsir
etməyəcək və Azərbaycan-Almaniya münasibətlərində potensial fəsadlar nəzərə
çarpmayacaq.
Lakin Almaniya hökuməti də üzərinə düşən məsuliyyəti dərk etməlidir. Berlin
Bakı ilə əlaqələrin inkişafında səmimidirsə, o zaman:
– Tədbirə cəlb olunmuş alman institutlarının erməni təbliğatının tərəfində
durmaları barədə onları xəbərdar edə bilər,
– Tədbirin Azərbaycan-Almaniya münasibətlərinə təsiri kontekstini təhlil edib
Bakıya izahlar təqdim edə bilər.
Aqşin Kərimov