fdb96606-23e9-4a9e-a292-381c1cde2be2..jpg

Bakı Beynəlxalq Kitab Sərgisində “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” kitabının təqdimatı olub – FOTO

Baxış sayı: 549 dəfə baxılıb.

Bakı Beynəlxalq Kitab Sərgisində “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı”
kitabının təqdimatı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondu IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Sərgidə
Fondun müxtəlif nəşrləri təqdim edilir.

Noyabrın 13-də Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Uzun Həsən – Ağqoyunlu
dövlətinin hökmdarı” kitabının təqdimatı keçirilib.

Fond tərəfindən nəşr olunan kitab iki hissədən ibarətdir. Birinci hissədə Uzun
Həsənin şəcərəsi, tərcümeyi-halı haqqında məlumat verilir.

Nəşrdə, həmçinin Uzun Həsən, onun oğlu Sultan Yaqubun daxili və xarici
siyasəti, XV əsrdə Azərbaycanda və dünyada baş vermiş siyasi proseslər, XIV-XV
əsrlərdə Azərbaycana gəlmiş və Ağqoyunlu sarayında olmuş avropalı səyyahlar,
Azərbaycanın ilk qadın diplomatı, Uzun Həsənin anası Sara Xatunun fəaliyyəti,
Uzun Həsənin həyat yoldaşı Despina Xatunun obrazının Avropa mədəniyyətində
tərənnüm olunması haqqında tarixi məlumatlar yer alıb.

Kitabda dünya muzeylərində Ağqoyunlu dövlətinə aid maddi-mədəniyyət
nümunələrinin kolleksiyaları haqqında da məlumatlar verilir.

Nəşrin ikinci hissəsi kataloqdur. Burada İstanbul şəhərində yerləşən Hərb
Muzeyindəki nadir eksponatların, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan
Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Gəncə
tarix-diyarşünaslıq muzeyinin, Azərbaycan Milli Kitabxanasının fondlarında
saxlanılan və Ağqoyunlu dövrünə aid 50-dən çox eksponat haqqında məlumatlar
əldə etmək mümkündür.

Qeyd edək ki, kitab Heydər Əliyev Mərkəzində hazırda davam edən “Uzun Həsən –
Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi çərçivəsində nəşr olunub.

Source link