53abbbfb-9234-474f-b2a4-7e7e1bed8984..jpg

Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb – FOTO

Baxış sayı: 638 dəfə baxılıb.

Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü
yerdə qərarlaşıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə ən çox
birbaşa xarici investisiyalar yatırılan şəhərlərinTOP 100 reytinqini

açıqlayıb (
https://www.fdiintelligence.com/content/rankings-and-awards/top-100-fastestgrowing-fdi-destinations-2024-83627


).

Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb. Nəşrin məlumatına görə,
Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə
edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir.
Qeyd olunur ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə
Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar
sərmayə yatırılacağına dair saziş imzalanıb.

Qeyd edək ki, ötən il Bakıda iqtisadiyyat naziri Mikayıl Cabbarov və
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan
İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın“Hell Group” şirkəti arasında
Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasında
illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni
zavodun tikintisi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxili tələbatı
ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac ediləcək. Layihə
çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır. Layihənin
investisiya dəyəri 211 milyon dollardır.

Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çox xarici
investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli
layihələr icra olunur, yeni iş yerləri yaradılır.

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevin iştirakı ilə “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin
keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100% Çin kapitallı
müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 500-ə
yaxın yeni iş yeri yaradılıb.

Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə Sumqayıt
Kimya Sәnaye ParkındaÇinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq
çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalı layihəsidir. Layihәdә
AİŞ payçı kimi iştirak edәcәk. BYD şirkәti tәrәfindәn layihəyə ilkin olaraq 34
milyon ABŞ dolları, daha sonra isə əlavə dəyər yaradan investisiya
layihələrinin icrasına 60 milyon ABŞ dolları mәblәğindә investisiyanın
yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin
yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn elektrik mühәrrikli
avtobusların ehtiyat hissәlәrinin lokallaşdırılması nәzәrdә tutulub.

Həmçinin AİŞ və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş”
şirkəti arasında imzalanmış Birgə İştirak Müqaviləsinə uyğun olaraq 2023-cü
ildə Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations”
MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənin
investisiya dəyəri 35 milyon dollardır. Bundan başqa, İsrailin “BioPharmax”
şirkəti iləƏlət Azad İqtisadi Zonasında layihə dəyəri 45 milyon avro olan
əczaçılıq müəssisənin tikintisi həyata keçirilir.

Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azad İqtisadi
Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarının istehsalı, aviasiya,
gəmiçilik, neft-kimya və digər istiqamətlər üzrə layihələrin icrası nəzərdə
tutulur.

Həmçinin AİŞ-in iştirakı ilə Türkiyənin “Demirören” şirkəti ilə regionlarımızda
kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi üzrə 15 milyon
ABŞ dolları, İsrail şirkəti ilədamazlıq yumurta istehsalı layihəsi üzrə 20
milyon manat investisiya yatırılması nəzərdə tutulur.

Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı
çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı
pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinq cədvəlində ilk yeri
Almaniyanın Manheyim şəhəri, ikinci yeri isə Rumıniyanın Krayova şəhəri tutub.
Hesabatda bildirilir ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33
trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə
razılığa gəlinib ki, bu da əvvəlki illə müqayisədə 4% çoxdur.

Böyük Britaniyanın dünyaca məşhur “Financial Times” nəşrinə məxsus “FDI
Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional
bazarların və korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb.
Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi
baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq
özəl kapital bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş
investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa xarici
investisiyaların artım tempini, habelə investisiyalar hesabına yaradılacaq yeni
iş yerlərinin sayını nəzərə alır.

Source link