Bu gün Bakı çimərliklərində iki nəfər boğulma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.