9e93311e-9dc4-4437-8b8b-e14fd1e0a7a2..jpg

Bakı dünyada birbaşa xarici investisiya yatırılan 100 şəhər arasında İLK ÜÇLÜKDƏ – VİDEO

Baxış sayı: 558 dəfə baxılıb.

Bakı dünyada birbaşa xarici investisiya yatırılan 100 şəhər arasında İLK
ÜÇLÜKDƏ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 100 birbaşa xarici investisiya yatırılan təyinat nöqtələri arasında
üçüncü yeri tutub.

Xezerxeber.az-ın məlumatına görə, FDI Intelligence nəşrinin hazırladığı
hesabata əsasən paytaxtımız Bakı şəhəri bu cəhətdən sürətlə inkişaf edən yerə
çevrilib.

Birbaşa yatırılan xarici investisiya baxımından Bakını yalnız Almaniyanın
Mannhaym və Rumıniyanın Krayova şəhərləri qabaqlayır. Müxtəlif ölkələrdə
yerləşən 100 şəhərdən üçüncü olmağı bacaran Bakı bu baxımdan böyük göstəriciyə
malik olub.

Hesabata əsasən 2023-cü ildə Bakıda son altı ilin ən yüksək xarici birbaşa
investisiya layihələri qeydə alınıb. Bura daha çox logistik layihələr daxil
olub. FDI Intelligence nəşri məlumat verir ki, Ələt Azad İqtisadi Zonasına
xüsusi maraq müşahidə olunub.

Qeyd edək ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar
dəyərində birbaşa xarici investisiya layihələri elan edilib. Bu göstərici
əvvəlki illə müqayisədə təxminən 4% çoxdur.

Ətraflı süjetdə:


Source link