Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan
Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi
üzrə məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi
ilə keçirilən prosesdə zərərçəkmişlərin məhkəmədə iştirak etmədikləri
bildirilib.
Bu səbəbdən prosesin növbəti dəfə təxirə salınmasına qərar verilib.
Qeyd olunub ki, zərərçəkmişlər əvvəlki iclaslarda da iştirak etmədikləri üçün
Bakı Hərbi Məhkəməsi sentyabrın 6-da onların məhkəməyə məcburi gətirilməsi
barədə qərar çıxarıb. Lakin qərar icra olunmadığından Bakı Hərbi Məhkəməsi
məhkəmə iclaslarının lüzumsuz şəkildə uzadılmasının qarşısını almaq məqsədilə
daxili işlər naziri Vilayət Eyvazova məhkəmə qərarlarının icrasının nəzarətə
götürülməsi barədə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, məhkəmənin qərarına əsasən, Ağdam, Gəncə, Bərdə,
Goranboy, Yevlax, Astara, Mingəçevir, Bakı şəhərinin Qaradağ və Nəsimi
rayonları, Sabirabad, Şəki, Qəbələ rayonları üzrə polis şöbə və idarələri
zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsini təmin etməlidirlər.