ca238209-6e63-4c56-a11f-5f06f290cbea..jpg

Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir

Baxış sayı: 515 dəfə baxılıb.

Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı
ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu 28 dekabr tarixindən 7 yanvar
2024-cü il tarixinədək sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə
gücləndirilmiş iş qrafikinə keçir.

Aeroportdan verilən məlumata görə, Bakı hava limanı sərnişinlərə səyahət
zamanı optimal şərait təklif etməklə xidmət keyfiyyətini daim yüksəltməyə
çalışır. Tətbiq edilən gücləndirilmiş iş qrafiki sərnişinlərin
təhlükəsizliyinin təmin olunması, uçuşların vaxtında yerinə yetirilməsi və
xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.

Bayram günlərində artan sərnişin axınını nəzərə alaraq, mümkün ləngimələrin
qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına
gəlmələri tövsiyə olunur.

Source link