1f0f65d4-f82b-46a1-adc3-a9694ff18dc8.jpg

Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb

Baxış sayı: 255 dəfə baxılıb.

Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb.

“Report” xəbər verir ki, tədbirin rəsmi açılış mərasimindən sonra “İqlim
İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə”, “Azərbaycanın enerji
keçidi”, “Şəhər Konteksti – Quraşdırılmış Ətraf Mühit, Risk və Davamlılıq”,
“Ağıllı Şəhərlər və Dayanıqlı İnfrastruktur – Davamlı Dizayn və İnşaatın Rolu”,
“Şəhər keçidinin maliyyələşdirilməsi – Yaşıl Maliyyə və İşləyən İnvestisiya
Modelləri”, “Neft və Qaz Sektorunda Enerji Keçidinin Sürətləndirilməsi” adı
altında panel sessiyalar baş tutub.

Sessiyalarda müvafiq mövzular üzrə Azərbaycan və xarici ölkələrin rəsmiləri,
müvafiq sahələr üzrə ekspertlər çıxış edib.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim
həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün
bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert
və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir
araya gətirir.

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra
keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən
elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən
işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət
Gündəliyinə dəstək olacaq.

13:12

2024-cü il sentyabrın 30-da ilk Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başlayıb.
Oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim həllərini
araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün
dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və
siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir
araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29
tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində
mühüm an kimi tarixə düşəcək.

Cixisyolu.com xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York
İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP
Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1.5°C hədəfinə aparan yol
xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin
edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaqdır.

Tədbir COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, iqtisadiyyat naziri
Mikayıl Cabbarov, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai
daxil olmaqla, bir sıra mötəbər sözçülərin iştirak etdiyi açılış mərasimi ilə
başlayıb. London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində
keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi
məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

Tədbir hazırda aktual olan iqlim probleminə qabaqlayıcı yanaşmanı ehtiva edir.
Tədbirdə beynəlxalq nümayəndə heyətlərinin iştirakı ilə yüksək səviyyəli
konfransın keçirilməsi, eləcə də dəyirmi masa, plenar iclas və ekspert qrupları
tərəfindən müzakirələrin təşkili və öhdəliklərin imzalanması nəzərdə tutulur.
Qlobal biliklərlə yerli təşəbbüsləri birləşdirən Bakı İqlim Fəaliyyəti
Həftəsinin məqsədi bu mühüm COP29 tədbiri ərəfəsində beynəlxalq ictimai rəy
liderlərinin iştirakı ilə yerli maraqlı tərəfləri ruhlandırmaq və səfərbər
etməkdir. Sözügedən tədbir ədalətli və “yaşıl” keçid prosesini asanlaşdırmaq
üçün inklüziv iştirak və innovativ həllərin zəruriliyini vurğulamaqla yanaşı,
Azərbaycan cəmiyyətində kompleks səfərbərlik səyləri çərçivəsində atılan ilk
addımdır. Siyasi və biznes liderlərindən tutmuş yerli icma və gənclərə qədər
cəmiyyətin bütün təbəqələrindən insanları cəlb edən Bakı İqlim Fəaliyyəti
Həftəsi Azərbaycanın mövcud iqlim problemləri ilə mübarizə aparmaq və “yaşıl”
keçidin təklif etdiyi imkanları araşdırmaq üçün maarifləndirici və
stimullaşdırıcı platforma olacaq.

Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 ərəfəsində Azərbaycanın regional
liderliyini nümayiş etdirəcək və milli “yaşıl” keçid təşəbbüslərində aparıcı
rol oynamaq öhdəliyini vurğulayacaqdır. Bu toplantı yerli və regional
kontekstlərə əsaslanan “yaşıl” keçidlə bağlı müzakirələrin təşviqi üçün mühüm
dönüş nöqtəsi olacaq. Bundan əlavə, Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı
inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq
əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın
keçid dövrünü dəstəkləməyə çalışacaq.

Tematik mövzular və proqram

Bakı İqlim Fəaliyyəti Həftəsi əsas diqqəti yerli, milli və beynəlxalq
həmkarlarla tərəfdaşlıq çərçivəsində təqdim olunan mühüm mövzulara yönəldəcək.
Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş
mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və kənd təsərrüfatı”, “Kiçik və Orta
biznes müəssisələri” və “Yaşıl bacarıqlar” olacaq. Həftənin birinci yarısında
(sentyabrın 30-dan oktyabrın 2-dək) dövlət qurumları, elmi dairələr və özəl
sektor nümayəndələrinin iştirakı ilə iqlim həlləri nümayiş etdiriləcək və
yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcəkdir.

Həftənin ikinci yarısında (3-4 oktyabrda) Bakının zəngin mədəni irsinə
müraciət etməklə ölkənin keçid prosesi ilə yaxından tanış olmaq üçün elm,
təhsil, incəsənət və mədəniyyət töhfələrinə diqqət yetiriləcək və gəzinti,
müzakirə, eləcə də sərgilər kimi maraqlı tədbirlər keçiriləcəkdir. Bundan
əlavə, həftənin ikinci yarısı əsas öhdəliklərin hazırlanması və imzalanması,
eləcə də iqlim fəaliyyəti və əməkdaşlıqla bağlı öhdəliklərin daha da
gücləndirilməsi üçün platforma rolunu oynayacaq. Bakı İqlim Fəaliyyəti Həftəsi
həm də ümummilli iqlim dialoqunun başlanğıcı olacaq və tədricən rəsmi qurumları
və vətəndaş cəmiyyətini səfərbər etməyə çalışacaqdır. Həftə ərzində şəhərin bir
sıra məkanlarında həm ictimai, həm də fərdi tədbirlərin keçirilməsi nəzərdə
tutulur. Rəsmi proqramın əsas məkanlarına Heydər Əliyev Mərkəzi, Daş Salnamə
Muzeyi, ADA Universiteti və digər yerlər daxildir.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev qeyd edib ki, Azərbaycan
üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi
iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət
səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından atılan növbəti
mühüm addımdır: “Azərbaycanın məqsədi örnək olmaqdır və COP29 Sədrliyinin
ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək konsepsiyası həm inkişaf
etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iştirakını tələb edir”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, həm Bakı
şəhəri, həm də ümumilikdə Azərbaycan üçün əlamətdar bir ildə bu cür mötəbər və
genişmiqyaslı tədbiri təşkil etmək bizim üçün qürurverici vəzifədir: “Hazırlıq
prosesi sürətlə davam edir və biz COP29 konfransını mötəbər və dünya səviyyəli
tədbirlərdən biri kimi təşkil etmək üçün bütün işləri nəzərdə tutulmuş qrafik
çərçivəsində davam etdiririk. Artıq Bakı şəhəri qlobal konfranslara ev
sahibliyi sahəsində təcrübəlidir və bu il də belə olacaq, yəni Bakı İqlim
Fəaliyyəti Həftəsi şəhərimizin qlobal liderlik ənənələrinin yeni davamına
çevriləcəkdir. Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk tədbiri üçün nəzərdə
tutulmuş məkanlar Bakının zəngin mədəni irsinin müxtəlif elementlərini
vurğulamaqla yanaşı, qədim bir şəhər ilə keçid dövründə olan bir ölkənin
hekayəsini anlatmaq üçün seçilib”.

London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında
əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim
dəyişmələri sahəsində səylərinə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə
görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey qeyd edib ki,
Bakı İqlim Fəaliyyəti Həftəsi milli, regional və qlobal səviyyələrdə
fəaliyyətin təşviqinə yönəldilən və cəmiyyətin bütün təbəqələrini ehtiva edən
geniş spektrli tədbirləri bir araya gətirib: “London İqlim Fəaliyyəti
Həftəsinin kollektivi olaraq, qlobal iqlim həftəsi şəbəkəsinin daha bir nüfuzlu
üzvünü dəstəkləyə bilmək bizə qürur hissi verir. Yalnız daha geniş və güclü
dəstəyi təşviq etməklə, biz “xalis sıfır” hədəfinə nail olmaq üçün lazım olan
transformativ dəyişiklikləri həyata keçirə bilərik”.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri Jim Skea isə Bakı
şəhərini iqlim fəaliyyəti həftəsinə ev sahibliyi edən aparıcı şəhərlərin
sırasına qoşulduğu üçün səmimi qəlbdən təbrik etdiyini bildirib: “İqlim
Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri olaraq, mən ilk Bakı
İqlim Fəaliyyəti Həftəsində çıxış etməkdən çox məmnunam və böyük şərəf hissi
duyuram. Bu unikal təşəbbüs şəhərlər, özəl sektor və maliyyə institutlarını bir
araya gətirərək onların arasında dialoq və qarşılıqlı əlaqəni gücləndirir.
İqlim Fəaliyyəti Həftəsi Bakı şəhəri və onun əhalisinin iqlim fəaliyyətlərinə
cəlb olunması və stimullaşdırılması, eləcə də bu fəaliyyətlərdə qarşılıqlı
iştirak və əməkdaşlıq etmələri üçün platforma təklif edir. Bu təşəbbüs BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29)
qarşıdan gələn 29-cu sessiyasının nəticə və uğurlarına töhfə verə və onları
dəstəkləyə bilər”.

09:45

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir.

“Report” xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir
ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)
hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.

BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi
bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı
tərəfləri bir araya gətirir.

Tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri,
COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksəksəviyyəli
Çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika
naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqlar iştirak edirlər.

Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif
sahələrə həsr olunan panellərlə davam edəcək.

Source link