11de3b9d-cdb2-417d-83d7-a6ae941be8e4..jpg

Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək

Baxış sayı: 846 dəfə baxılıb.

Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək

Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya
irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli
çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirəcək.

“Report”un xəbərinə görə, konfransın əsas məqsədi beynəlxalq və milli
səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların
ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri
iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi
ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparacaqlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə
2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər
Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan
edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart
tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Source link