aec601ec-194d-47dd-b10c-ab5434df22f7..jpg

“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir – FOTO

Baxış sayı: 931 dəfə baxılıb.

“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir – FOTO

“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər
göstərilir.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin
xidmət mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər.

Belə ki, “Bakı KOB evi”ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərin
dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi
şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin
dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı
məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki
şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi,
“ASAN imza”nın verilməsi və vergilərlə bağlı digər xidmətlər göstərilir.

Qeyd edək ki, “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək
fəaliyyət göstərir. Burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum
tərəfindən 250-dən çox xidmət təqdim olunur.

Source link