71775a0f-053a-4b6d-a911-6ea8c17e83b5.jpg

“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

Baxış sayı: 282 dəfə baxılıb.

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni
direktor təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, qurumun yeni direktoru Bahar Dadaşova
olub.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə
kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli
qərarı ilə nazirliyin tabeliyinə verilib.

Xatırladaq ki, N.İbrahimov bu vəzifəyə bu ilin mayında təyin edilmişdi
.

Source link