aaf9ff3b-369f-4e0f-9b2f-60aa96a70fc9..jpg

Bakı küçələrində qaçan camış HƏYƏCANI: Maşınları əzdi, həyətlərə hücum etdi – VİDEO

Baxış sayı: 665 dəfə baxılıb.

Bakı küçələrində qaçan camış HƏYƏCANI: Maşınları əzdi, həyətlərə hücum etdi –
VİDEO

Bu gün Bakının Xətai rayonu ərazisində qəribə hadisə yaşanıb.

Lent.az-ın xəbərinə görə, səhər saat 4 radələrində sahibinin əlindən qaçmış
camış ürkərək həyətlərə daxil olub, vətəndaşlara xeyli ziyan vurub.

Xətai rayonu, Mirzə Davud küçəsində qaçan camışı bir neçə saat şəhər
küçələrində qovduqdan sonra tutmaq mümkün olub. Buna qədər o bir neçə
avtomobilin güzgüsünü, həyətlərin qapılarını qırıb, həyətlərdə qoyulmuş
əşyaları əzib.

Məlumata görə, həmin camış kəsilib satılmaq məqsədilə ət alverçiləri
tərəfindən şəhərə gətirilib.

Source link