Məşhur rusiyalı ifaçı Loboda “Rammstein” qrupunun üzvü Till Lindemandan övlad dünyaya gətirəcək.
ÇıxışYolu.Com xəbər verir ki, onların münasibəti ötən il Bakıda keçirilən “Jara” festivalından başlayıb.
Belə ki, iyul ayında baş tutan festivalda tanış olan cütlük kameralara fikir verməyərək, səmimi görüntülər sərgiləyib. Onlar arasında olan bu səmimilik daha sonra sevgi münasibətinə çevrilib. Amma onlar bunu hər kəsdən gizlədiblər.
Super.ru saytı iddia edir ki, onların övladı cari ilin may ayında doğulacaq. Loboda övladını Los-Ancelesdə dünyaya gətirmək niyyətindədir.
Lindeman isə Loboda ilə aralarında olan münasibəti inkar etməkdə davam edir.
Qeyd edək ki, Loboda 35 yaşındadır və onun Həvva adlı altı yaşlı qızı var. Lindeman isə 57 yaşındadır. O, indiyədək üç dəfə evil olub. Bu evliliklərdən isə Tillin iki qız övladı var.