9e8f6426-8773-4e8e-a54e-a2f8020cafaa..jpg

Bakı məktəblisi ABŞ-nin ən nüfuzlu beş universitetinə qəbul və təqaüd qazanıb

Baxış sayı: 510 dəfə baxılıb.

Bakı məktəblisi ABŞ-nin ən nüfuzlu beş universitetinə qəbul və təqaüd qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-nin ən
nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb.

Cixisyolu.com xəbər verir ki, o, Birləşmiş Ştatların Erbana Şempeynsdəki İllinoys,
Purdyu, eləcə də Penn universitetlərindən qəbul qazanıb.

Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar (25
500 AZN), Fordhem Universitetindən isə illik 25 000 dollar (42 500) dəyərində
təqaüd əldə edib.

G.Ağakişiyeva ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “FLEX” (Future Leaders
Exchange Program) proqramının finalçısıdır.

O, dünyanın daha bir neçə universitetinə müraciət etdiyini, cavab gözlədiyini
və seçimini yekun siyahıdan edəcəyini söyləyib.

Qeyd edək ki, G.Ağakişiyeva həm ölkədaxili, həm beynəlxalq olimpiadaların fəal
iştirakçısı olub. Məktəbli Respublika fənn olimpiadaları üzrə Azərbaycan dili
və ədəbiyyat, Azərbaycan linqvistika olimpiadalarının finalçısı, eyni zamanda
“HIPPO-2023” və “TeenEagle” beynəlxalq ingilis dili olimpiadalarının müvafiq
olaraq respublika birincisi və qızıl mükafatçısıdır.

Source link