c6b4348a-2445-4422-9567-37db8a38e38e..jpg

Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

Baxış sayı: 1. 293 dəfə baxılıb.

Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qarabağ”
(Ağdam, Azərbaycan) və “Qalatasaray” (İstanbul, Türkiyə) futbol klubları
arasında martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna marağı nəzərə
alaraq, Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bakı Olimpiya Stadionunda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar
metropolitenin əməliyyat planına uyğun olaraq, matçın başlanması ərəfəsində
arenanın yaxınlığında yerləşən “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə
keçiriləcək. Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya
əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində
arenaya doğru səmti daha rahat müəyyən etmələri, oyundan sonra isə marşrutlar
üzrə qatarlara daha rahat minib hərəkətini təmin etməkdir.

Bildirilir ki, gün ərzində qatarların hərəkəti “28 May”-“Həzi Aslanov”
istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq. Xətlərin “28 May”
stansiyasında birləşməsi səbəbilə buradan “İçərişəhər” və “Dərnəgül”
istiqamətində interval iki dəfə çox olacaq. Bununla belə, sərnişin sıxlığı
yaranacağı təqdirdə müvafiq tənzimləmə məqsədilə xəttə buraxılmaq üçün ehtiyat
qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Oyun qurtardıqdan sonra sərnişinlərin operativ daşınması məqsədilə əlavə
tədbirlər planı həyata keçiriləcək. Bu xüsusda ehtiyat qatarlar əlavə olunmaqla
hər iki istiqamətdə hərəkət intervalı yenidən optimallaşdırılacaq.

Source link