“Bakı Metropoliteni” üçün ən çox kadr hazırlayan universitet Memarllıq və İnşaat Universitetidir.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin açılışında iştirak edən Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Nazirlik peşə təhsilinə xüsusi diqqət göstərir:
“Bu günə Memarlıq və İnşaat Universiteti bakalavr və magistr pilləsi üzrə “Bakı Meteopoliteni” üçün 2000-dən artıq ixtisaslı kadr hazırlayıb”.
Nazir onu da qeyd edib ki, qarşıdakı illərdə də Təhsil Nazirliyi ilə “Bakı Metropoliteni” QSC arasındakı əməkdaşlıq qarşılıqlı şəkildə inkişaf etdiriləcək:
“Biz bəzi ixtisaslar üçün müvafiq fənlər üzrə ixtisaslaşma məsələsində “Bakı Meteopoliteni” ilə əməkdaşlıq etmək istəyirik. Bu istiqamətdə də təbii ki, təlim məsələlərində onların mütəxəssislərindən istifadə edəcəyik”.
Könül Cəfərli