2b857d26-a096-4009-8b52-b286a08f6164..jpg

Bakı metropoliteninin dörd stansiyasında canlı konsert proqramı təşkil olunacaq

Baxış sayı: 668 dəfə baxılıb.

Bakı metropoliteninin dörd stansiyasında canlı konsert proqramı təşkil olunacaq

Sentyabrın 18-də ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Heydər Əliyev
Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir
Hacıbəyovun xatirəsinə həsr olunmuş XV musiqi festivalı bu gün başlanır və
sentyabrın 28-dək davam edəcək.

Cixisyolu.com xəbər verir ki, Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni
sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək. Konsert
proqramı “İçərişəhər” (10:30 – 12:00), “Sahil” (11:30-13:00), “28 May”
(12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim
olunacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təqdim etdiyi parçalar
əsasında tərtib olunaraq, Musiqi Günü və keçirilən festivala həsr olunmuş
musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb. Proqrama
Üzeyir Hacıbəyovun 11 əsərindən parçalar daxil edilib. Dahi bəstəkarın
yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan” romansları,
“Koroğlu”, ”Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”,
“Cəngi” əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru,
“Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran” xorundan ibarət proqram
günün sonuna qədər yayımlanacaq.

Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya
bəstəkarlarının əsərləri, folklor nümunələri salınıb.

Source link